Rusiya və Ukrayna bu gün əsirləri dəyişdirəcək

Bu gün, iyulun 17-də Rusiya və Ukrayna “90-90-a” düsturu ilə məhbus mübadiləsi aparmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutacaq. Bu, BƏƏ-nin vasitəçiliyi ilə altıncı mübadilə olacaq.

Qeyd edilir ki, mayın 31-də 75 hərbçi Ukrayna əsirliyindən Rusiyaya qayıdıb. BƏƏ bu mübadilədə də vasitəçi kimi çıxış edib. Elə həmin ay Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova ukraynalı həmkarı Dmitri Lubinetsə mübadilə üçün hazır olan 500 hərbçinin siyahısını təqdim edib.

Xatırladaq ki, iyunun əvvəlində Vladimir Putin Ukrayna əsirliyində 1348 rus, rus əsirliyində isə 6465 ukraynalı hərbçi olduğunu bildirib.

Poliqon.info