Lavrov İsveçrənin xarici işlər naziri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isveçrəli həmkarı İqnazio Kassis ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar iyulun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının açıq müzakirələri çərçivəsində baş tutub. Görüşdə Lavrov Ukraynadakı vəziyyətin inkişafı ilə bağlı fundamental qiymətlərdirməsini səsləndirib və “kollektiv Qərb”in Rusiyaya ultimatum təqdim etmək cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirib.

Bundan əlavə, XİN-in məlumatına görə, Rusiya tərəfi konfederasiyanın “Qərb paytaxtlarının anti-Rusiya hərəkətlərinə qoşulması” kontekstində “bitərəflik” prinsiplərindən uzaqlaşdığını qeyd edib.

Lavrov qeyd edib ki, “İsveçrə istiqamətində Rusiya xətti” qurularkən Bernin hərəkətləri nəzərə alınacaq.

Poliqon.info