Tramp: Baydenin siyasəti Rusiya ilə Çin arasında yaxınlaşmaya səbəb olub...

ABŞ-ın sabiq prezidenti Donald Tramp Baydeni Rusiya və Çini yaxınlaşdıran hərəkətlərdə ittiham edib...

ABŞ prezidenti Co Baydenin siyasəti Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırıb.

Poliqon xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Bloomberg Agentlyinə müsahibəsində deyib.

Trampın sözlərinə görə, Bayden Moskva və Pekini “evlənməyə” məcbur edib. Və onlar indi “ailə”dirlər.

Tramp yenidən üçüncü dünya müharibəsi riskinə işarə edib. Respublikaçı prezidentliyə namizəd qeyd edib ki, Baydenin prezidentlik müddətinin başa çatmasına 5 ay qalıb və ondan sonra hər şey dəyişəcək.

Poliqon.info