Macarıstan ABŞ seçkilərində açıq şəkildə Trampı dəstəkləyib

Siyyarto: Macarıstan ABŞ prezident seçkilərində Trampın qələbəsi üçün barmaqlarını çarpazlayıb...

Macarıstan onun dövründə Vaşinqton və Budapeşt arasında münasibətlərin yüksək səviyyədə olmasını nəzərə alaraq, Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qələbəsi üçün dua edir.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib.

“Əlbəttə, biz Trampın qələbəsi üçün dua edirik. Amma biz ABŞ vətəndaşı deyilik, ona görə də bunun əhəmiyyətili olduğunu düşünmürəm”, deyə Macarıstanın XİN rəhbəri Trampın prezidentliyi dövründə dünyada heç bir böyük müharibənin aparılmadığını vurğulayıb.

Qeyd edək ki,daha əvvəl Siyyarto Orbanın səfərlərinə göztərilən reaksiya ilə əlaqədar bildirib ki, Avropa İttifaqı rəhbərliyinin təhdid və şantajı Macarıstanı Ukrayna münaqişəsinin həlli üzrə dinc missiyasını dayandırmağa məcbur etməyəcək.

Polqion.info