Polis Respublikaçılar Partiyasının qurultayı yaxınlığında bir nəfəri güllələyib

Ölkənin şimalındakı Miluoki şəhərində polis Respublikaçıların Milli Qurultayının keçirildiyi yerdən 3 kilometr aralıda şübhəli şəxsi güllələyərək öldürüb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb. Afentlik xəbər verir ki, yerli FOX6 News telekanalının məlumatına görə, ölən evsiz adam olub.

Şahidlər Miluoke şəhərinin 14-cü və Vliet küçələri yaxınlığında beş atəş səsi eşidiblər. AP-nin məlumatına görə, atışmada Kolumbus ştatının polis idarəsinin əməkdaşları iştirak ediblər. Miluoke meri Kavalier Conson deyib ki, atışma Respublikaçılar Partiyasının şəhərdə keçirilən qurultayı ilə heç bir əlaqəsi yoxdur.

FOX6 News-un məlumatına görə nəticəsində evsiz bir kişi ölüb. Hadisənin şahidi bildirib ki, kişi bipolyar pozğunluqdan əziyyət çəkirmiş.

“O, polisə yaxınlaşıb bıçağı götürəndə onlar ona atəş açmağa başlayıblar”, deyə şahidlərdən biri bildirib.

Qeyd edilir ki, iyulun 13-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsddən sonra Miluoke şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Poliqon.info