Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmağı düşünür

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirdiyini bildirib...

Poliqon xəbər verir ki, Tramp bu barədə Bloomberg Agentliyinə bildirib. Sabiq prezident qeyd edib ki, üçüncü ölkələrə təsir ölçüsü kimi sanksiyaları sevmir.

Bloomberg jurnalistləri Donald Trampdan Ukraynada hərbi əməliyyatlara son qoymaq planının bir hissəsi kimi anti-Rusiya sanksiyalarını yumşaltmağı düşünüb-görmədiyini soruşublar.

“Bəli. Sanksiyalarla hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm. Mən onları İran üçün çox faydalı hesab etdim, lakin İran məsələsində belə onlara o qədər də ehtiyac yox idi” deyə Tramp cavab verib.

Tramp həmçinin bildirib ki, onun prezident Vladimir Putinlə yaxşı münasibəti var, ona görə də onun dövründə Ukrayna heç vaxt müharibə ilə təhdid edilməyib.

Xatırladaq ki, Donald Tramp dəfələrlə bəyan edib ki, o, prezident vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, bu, mümkün deyil. Kreml həmçinin bildirib ki, münaqişə bir gündə həll olunmayacaq qədər mürəkkəbdir.

Poliqon.info