İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist vəfat edib

İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həyatını itirib..

APA TRT Haber-ə istinadən xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, Səvt əl-Əqsa radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş şəhid olub.

Açıqlamada Qəzzaya hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a çatdığı bildirilib. Lakin Məhəmməd Abdullah Mişmişin hansı hücumda öldüyü ilə bağlı məlumat verilməyib.

Poliqon.info