Avropa Parlamenti idarəetməni yenidən Roberta Metsolaya həvalə etdi

Maltalı siyasətçi Roberta Metsola Avropa Parlamentinin (AP) sədri vəzifəsinə ikinci müddətə seçilib...

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, onun namizədliyinə 562 Avropa Parlamenti üzvü səs verib.

Metsolanın rəqibi İspaniyadan olan AP deputatı, İspaniyanın solçu "Podemos" partiyasının ("Biz bacarırıq") üzvü İrene Montero olub.

Peşəsinə görə vəkil olan Metsola bütün karyerasını Avropa siyasəti sahəsində qurub. O, 2022-ci ildə 42 yaşında Avropa Parlamenti tarixinin ən gənc sədri seçilib.

Poliqon.info