İsrail Qəzzada məktəbə zərbə endirib, azı 20 nəfər həlak olub

İsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsində yerləşən Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) məktəbinə hücumu nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan binada minlərlə köçkün yaşayıb. Fələstinin WAFA agentliyi bildirib ki, azı 50 nəfər Nuseyrat xəstəxanasında müalicə olunub.

UNRWA “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, İsrail qüvvələri son 10 gün ərzində onunla əlaqəli beş məktəbi hədəf alıb. Bununla yanaşı, agentlik beynəlxalq ictimaiyyəti anklavdakı BMT obyektlərini qorumağa çağırıb.

Poliqon.info