Mahir Emreli Almaniya klubu ilə sabah müqavilə bağlayacaq

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə sabah müqavilə bağlayacaq...

"Report"un əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"ın düşərgəsində tibbi müayinədən keçib.

O, sabah II Bundesliqa təmsilçisi ilə "1+1" illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Poliqon.info