Azərbaycan Dəmir Yolları: Zarat stansiyasında aşan qatar Rusiya şirkətinə məxsusdur - Yenilənib

Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb...

Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Qeyd olunub ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

***

Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində 16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Poliqon-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.

***

“Report”un yerli bürosunun məlumatına görə, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.

Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Poliqon.info