İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt istefa verib

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib...
 

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) məlumat yayıb.

Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib.

Yığma onun rəhbərliyi altında ardıcıl 2 Avropa çempionatının finalına yüksəlib və çempionluğu əldən verib.

İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub

Poliqon.info