Bütün ölkə üzrə pensiyalar sabah ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyulun 17-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub...

Bu barədə Poliqon-a fonddan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Poliqon.info