Əsədə yaxın suriyalı iş adamı İsrail tərəfindən öldürülüb

Bəşər Əsədə yaxın olan tanınmış suriyalı iş adamı Baraa Katerji bazar ertəsi İsrailin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, hava hücumu Livan-Suriya sərhədinə yaxın əraziyə endirilib.

Baraa Katerji və qardaşı Hossam neft hasilatı, logistika və nəqliyyatla məşğul olan “Katerji Group” konqlomeratına sahibdirlər.

Baraa Katerji və şirkəti “neft tədarükünə və Əsəd rejiminin maliyyələşdirilməsinə yardım etdiyinə görə” ABŞ və Aİ sanksiyaları altındadır.

Poliqon.info