Britaniya və Aİ Rusiya neft tankerlərinə nəzarəti gücləndirmək istəyir

Britaniya hökuməti Rusiyanın “kölgə donanması” üzərində nəzarəti gücləndirmək üçün bu həftə Avropa İttifaqına müraciət etmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayı. Bu məsələnin iyulun 18-də Böyük Britaniyanın baş naziri Kir Starmerin ev sahibliyi edəcəyi Avropa Siyasi Birliyinin iclası çərçivəsində müzakirə edilməsi planlaşdırılır. Rusiyanın sanksiyalardan yayınmaq üçün “kölgə donanmasının” neft tankerlərindən istifadə etdiyi iddia edilir.

Agentliyin nəzərdən keçirdiyi yekun bəyanat layihəsinə əsasən, bir sıra Avropa ölkələri “kölgə donanması”na qarşı tədbirləri dəstəkləyəcək. Onların məqsədi Rusiya nefti ilə tankerlər haqqında məlumat mübadiləsi və hərəkətlərin əlaqələndirilməsi olacaq.

Böyük Britaniyanın təklifini dəstəkləmək niyyətində olan ölkələrin sayı hələlik məlum deyil. Anonim mənbənin Bloomberg-ə verdiyi məlumata görə, mümkün tədbirlər Rusiya neftini daşıyan əksər tankerlərə qarşı sanksiyaların tətbiqini əhatə edə bilər.

Xatırladaq ki, iyunun sonunda Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib. Məhdudlaşdırıcı tədbirlər arasında neft və neft məhsullarının qiymət tavanından yan keçmək üçün istifadə edilən “kölgə donanması”nın 27 gəmisinə qarşı sanksiyalar da var.

Bloomberg daha sonra yazıb ki, sanksiyaya məruz qalan Rusiya neft tankerləri aylardır limanlarda boş dayanıblar.

Poliqon.info