Amerikalı diplomat: Avropa öz təhlükəsizliyini təmin etməlidir...

Avropa İttifaqında keçmiş prezident Donald Trampın ABŞ-da hakimiyyətə qayıtması ehtimalı və Rusiyadan gələn təhlükə ilə bağlı qorxular fonunda Avropa öz təhlükəsizliyini təmin etməlidir...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İva Daalder Politico-da dərc olunan məqaləsində bildirib.

Müəllif qeyd edir ki, Avropa seçim qarşısındadır: Ya ən yaxşısına ümid etmək - istər Bayden qalib gəlsin, istər Trampı məğlub edə bilən biri ilə əvəz olunsun, istərsə də Trampın hakimiyyətə gəlməsi zamanı sadəcə olaraq öz müdafiəsi ilə ciddi məşğul olsun.

Daalder yazır ki, iyulda Vaşinqtonda keçirilən NATO sammitində ən böyük narahatlığa Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş prezidenti Donald Tramp səbəb olub.

Daalder hesab edir ki, Tramp üçün NATO dollar və sentdir. O, ittifaqı "qarşılıqlı təhlükəsizlik razılaşması deyil, əməliyyat müqaviləsi kimi" hesab edir. Bu isə müttəfiqləri narahat edir.

Bu baxımdan, Avropa Birləşmiş Ştatların gələcəkdə regionun təhlükəsizliyini təmin etmək üçün istəyinə əmin deyil.

Poliqon.info