Alimlər Meksikada qədim mayyaların sirli zindanını tapıb

Sloveniyadan olan Antropoloji və Məkan Tədqiqatları İnstitutunun mütəxəssislərinin rəhbərlik etdiyi bir qrup arxeoloq Meksikada Mayya sivilizasiyasının qədim yeraltı strukturunu aşkar ediblər...

Poliqon xəbər verir ki, tədqiqat Milli Antropologiya və Tarix İnstitutunun (INAH) saytında dərc edilib.

Komanda ritual top oyunu üçün meydançanın altında məqsədi naməlum struktur tapıb.

Tədqiqatçılar qeyd edib ki, açıq zindan çox əhəmiyyətli bir quruluşdur, çünki top meydançaları yalnız regional güc mərkəzləri kimi xidmət edən böyük Maya yaşayış məntəqələrində tikilirdi.

Alimlərin fikrincə, yeraltı tikili bizim eranın 3-7-ci əsrlərinə qədər davam edən erkən klassik dövrə aiddir.

Komanda həmçinin plaza, 16 metr hündürlüyündə piramida və düzbucaqlı su çəni olan başqa bir sahə aşkar edib. Piramidanın zirvəsində arxeoloqlar keramika qablar, keramika armadillo ayağı və çaxmaqdaşı bıçaq da daxil olmaqla ritual qurbanlar tapıblar.

Tədqiqatçılar bu artefaktları 1250-ci ildən 1524-cü ilə qədər davam edən Son Postklassik dövrə aid ediblər.

Poliqon.info