Keniya prezidenti ölkədəki iğtişaşlara görə ABŞ fondunu ittiham edib

Keniya prezidenti Uilyam Ruto ölkədəki etirazların arxasında Amerika xeyriyyə təşkilatı Ford Fondunun dayandığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə "Standard" qəzeti yazıb.

"Onlar Keniyada demokratiya ilə maraqlanmırlarsa, ya dəyişməlidirlər, ya da getməlidirlər", deyə Uilyam Ruto bildirib.

Siyasətçi əlavə edib ki, Keniyadakı etirazları arxasında dayananların hamısı məsuliyyətə cəlb edilməlidir.

"Zorakılığa sponsorluq edənlər var, biz onları tanıyırıq və mən Keniyadakı anarxiyanın arxasında duranlara səsləmək istəyirəm. Utansınlar!", deyə prezident Nakuru qraflığının Kuresoi Cənubi Keringet sakinlərinə müraciətində bildirib.

Ruto milli dialoqa başlamağa, liderlərlə və onunla məsləhətləşmək və işləmək istəyən həmfikirlərlə geniş məsləhətləşmələrə hazır olduğunu deyib:

"Mən razıyam və bizimlə məsləhətləşmək istəyən bir çox liderlə məsləhətləşməyə hazıram. Əgər kimsə mənimlə məsləhətləşmək və işləmək istəmirsə, onları məcbur etməyəcəm, çünki Keniya demokratik ölkədir".

Keniyada iğtişaşlar ABŞ prezidenti Co Baydenin ölkəni "NATO üzvü olmayan əsas müttəfiqləri" sırasına daxil etməsindən sonra başlayıb. Bu, ilk dəfə Saharadan cənubda yerləşən bir Afrika ölkəsinin belə status alması idi.

Yerli hakimiyyət iğtişaşları yatırtmaq üçün hərbçiləri yerləşdirib. Daha sonra Keniya prezidenti Vilyam Ruto etirazlardan iki həftə sonra ölkə hökumətinin buraxıldığını elan edib.

Poliqon.info