ABŞ demokratları Trampın potensial qələbəsi ilə razılaşıblar...

Axios: ABŞ Demokratları sui-qəsd cəhdindən sonra Trampın mümkün qələbəsini qəbul ediblər...

ABŞ Konqresinin üzvləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın sui-qəsd uğramasından sonra yenidən dövlət başçısı seçilə biləcəyi ilə bağlı fikir birliyinə gəliblər.

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı Nümayəndələr Palatasının adı açıqlanmayan demokrat üzvünə istinadən məlumat yayıb.

“Biz hamımız Trampın ikinci prezidentliyinə qəbullanmışıq”, deyə mənbə portala bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden sentyabrda sələfi və rəqibi Trampla debatların yeni mərhələsinə hazır olduğunu bildirib.

Xatırladaq ki, Tramp və Bayden arasında son debat ABŞ-ın hazırkı prezidenti üçün uğursuzluqla başa çatıb. Daha sonra o, debat zamanı kəskin soyuqladığını və Avropaya iki işgüzar səfərdən sonra yorğun olduğunu bildirib.

Poliqon.info