Bayden: Heç kim sui-qəsdin seçkinin gedişatına necə təsir edəcəyini bilmir...

ABŞ prezidenti Co Bayden rəqibi Donald Trampa sui-qəsdin ABŞ seçki yarışının gedişatını dəyişib-dəyişdirmədiyini heç kimin bilmədiyini deyib...

Poliqon xəbər verir ki, Bayden bu barədə NBC News telekanalına müsahibəsində bildirib.

“Mən bilmirəm və siz də bilmirsiniz”, deyə bayden jurnalistin müvafiq sualını cavablandırıb.

Qeyd edək ki, iyulun 13-də Pensilvaniyada mitinq zamanı Donald Trampa sui-qəsd olub. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Bu hadisədən sonra Bayden və Tramp telefonla danışıblar. Respublikaçı etiraf etdi ki, ABŞ-ın hazırkı prezidenti ünsiyyət zamanı onunla “çox mehriban” olub.

Poliqon.info