Bayden Trampa sui-qəsd cəhdindən sonra ABŞ kəşfiyyat orqanları ilə görüşüb

ABŞ prezidenti Co Bayden kəşfiyyat orqanlarından Trampa sui-qəsd cəhdinin müstəqil təhlilini istəyib...

ABŞ prezidenti Co Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra ABŞ kəşfiyyat orqanları ilə iki görüş keçirib və hadisənin müstəqil təhlilini istəyib.

Poliqon xəbər verir ki, Amerika lideri bu barədə NBC telekanalı ilə söhbətində danışıb.

“Mən bütün kəşfiyyat ictimaiyyəti ilə iki görüş keçirdim. Mən onlardan tamamilə müstəqil təhlil istədim. Hazırlananda nə olacağını görəcəyik”, deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, dünən Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Tramp Respublikaçıların Milli Qurultayında prezidentliyə namizədi elan olunarkən nümayəndələr qarşısında səhnəyə çıxıb. Onun qulağında sarğı olub.

Poliqon.info