Tramp Putinlə danışıqlarla bağlı suala cavab verməyib

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Putinlə danışıqlara hazır olması ilə bağlı suala cavab verməyib...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Qurultayın birinci günü başa çatdıqdan sonra Tramp tərəfdarlarını salamlayaraq, onlardan bəziləri ilə əl sıxıb. Lakin Tramp jurnalistlərin Rusiya ilə bağlı sualalrını cavablandırmayıb.

İyulun 15-də Respublikaçılar Partiyasındakı mənbə bildirib ki, Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli məsələsində şəxsən dialoqa getməyə hazır olacaq. Spiker iddia edib ki, Tramp Rusiya prezidenti ilə vasitəçi olmadan əlaqə saxlamağa hazırdır.

Poliqon.info