İsrail ordusunun səhvən atəşi nəticəsində iki yəhudi yaralanıb

İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində avtomobili atəşə tutub...

Poliqon xəbər verir ki, avtomobildə israillilər olub, onlardan ikisi yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılacaq.

İsrail mətbuatının məlumatına görə, hərbçilər avtomobildən düşən israilliləri şübhəli hesab etdikləri üçün onlara atəş açıb.

“İlkin yoxlamadan sonra belə qənaətə gəlindi ki, İsrail avtomobili səhvən atəşə tutulub”, deyə İsrail ordusunun bəyanatında deyilir. Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə Ramallah şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib. “Ynet” və “Haaretz” nəşrlərinin İsrail təhlükəsizlik xidmətindəki mənbəyə istinadən yazdığına görə, hərbçilər “iki şübhəli motosikletçini” saxlayıb və axtarış apararkən İsrail nömrəli ağ rəngli avtomobil nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb. Avtomobildən düşən 3 nəfər də şübhəli hesab edilib. Hərbçilər atəş açdıqdan sonra onlar qaçmağa çalışıblar.

Poliqon.info