Mask Trampın kampaniyasına ayda 45 milyon dollar ayıracaq?

Amerikalı iş adamı İlon Mask Donald Trampın seçki kampaniyasını dəstəkləyən Amerika PAC Siyasi Fəaliyyət Komitəsinə ayda 45 milyon dollar göndərməyi planlaşdırır...

Poliqon xəbər verir ki. bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən mənbələrə istinadən məlumat yayıb. Lakin The New York Times qəzetinin yazdığına görə, Mask bu planları barədə öz çevrəsinə danışsa da, hələ ki, fonda vəsait göndərməyib.

WSJ-ə görə, America PAC 8 milyon dollardan çox vəsait toplayıb (hansı dövr üçün göstərilmir). NYT isə yazır ki, fond son bir neçə həftə ərzində Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün təxminən 15 milyon dollar xərcləyib. Təşkilat rəsmi olaraq onun seçki qərargahı ilə əlaqəli deyil.

Qeyd edək ki, ötən həftə Bloomberg yazıb ki, İlon Mask artıq Amerika PAC-a əhəmiyyətli məbləğdə ianə edib. Eyni zamanda İlon Mask açıq şəkildə bildirib ki, o, Donald Trampın və ya Co Baydenin kampaniyasını maliyyələşdirməyi planlaşdırmır.

İyulun 13-də Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən sonra İlon Mask onu dəstəklədiyini bildirib və onu Teodor Ruzveltdən sonra ən havalı namizəd adlandırıb.

Poliqon.info