Meta Trampın hesablarına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Meta şirkəti sabiq ABŞ prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb...

APA xəbər verir ki, Donald Trampın 2021-ci ildə Konqresə basqın hadisələrindən sonra zorakılığı təşviq etdiyi üçün dondurulan “Facebook” və “Instagram” hesabları yenidən aktivləşdirilib.

Şirkət bu qərarın Trampın prezident Co Baydenlə bərabər rəqabət aparmasını təmin etmək üçün verildiyini bildirib.

Qeyd edək ki, Trampın həm “Facebook”, həm də “Instagram”dakı hesabları 6 yanvar 2021-ci ildə Konqres basqınından sonra dondurulmuşdu.

Poliqon.info