Zelenski: Trampın qalib gəlməsindən qorxmuram

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə sabiq prezident Donald Trampla işləmək istədiklərini bildirib...

APA xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirib.

Zelenski Donald Tramp prezident olarsa, onunla işləyəcəyini və bundan qorxmadığını deyib.

ABŞ-da Respublikaçılar Partiyasında çoxluğun Ukraynanı və xalqını dəstəklədiyini bildirən Zelenski “Biz hər iki partiya tərəfindən dəstəklənirik. ABŞ siyasətinin Respublikaçı qanadı ilə isə daha güclü əlaqələrimiz var”, deyib.

Poliqon.info