Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Daşkəsən rayon icra hakimiyyətinin yeni başçısı ictimaiyyətə təqdim olunub...

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon icra hakimiyyətinin yeni başçısı Orxan Abbasovu ictimaiyyətə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan İrşad oğlu Abbasov Daşkəsən rayon icra hakimiyyətinin başçısı təyin olunub.

Poliqon.info