Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb...

"Report" un yerli bürosu məlumat verir ki, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Nəbiyəv Kamal Mirzə oğludur.

Meyit aidiyyatı üzrə təhvil verilib

***

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Poliqon.info