Çempion olan İspaniya bu qədər qazandı

Avropa çempionu olan İspaniya millisi 28 milyon 250 min avro mükafat qazanıb...

Poliqon metbuat.az-a istinadən xəbər verir ki, yarışda iştirak edən hər bir komandaya 9.25 milyon avro ödənilib. Qrupdan çıxmaq üçün isə hər komandaya 1.5 milyon avro, 1/4 finala yüksələnlər əlavə 2.5 milyon avro verilib.

Yarımfinala vəsiqə qazanan 4 komanda 4 milyon avro qazanıb. Yarışda Türkiyə millisi ümumilikdə 15 milyon 250 min avro əldə edib. Finalda uduzan İngiltərə millisi isə 24 milyon 250 min avro qazanıb.

Poliqon.info