Zurabişvili "Xarici təsir" qanununun dayandırılması üçün məhkəməyə müraciət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsir” qanununun qüvvəsinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib...

APA-nın “1tv.ge”yə istinadən məlumatına görə, iddia ərizəsində göstərilib ki, həmin qanun ölkə Konstitusiyasının 78-ci, yəni “Avropa və Avroatlantik strukturlara inteqrasiya” adlanan maddəsi də daxil olmaqla, bir sıra müddəaları ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, sözü gedən qanun ölkə parlamentinin 2024-cü il, mayın 14-də keçirilən iclasında təsdiqlənib.

Poliqon.info