Səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası təsdiqləndi

Seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib...

Poliqon Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə edilib.

İclasda növbədənkənar parlament seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Poliqon.info