ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib

ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Respublika Partiyasının ABŞ-nin Miluoki şəhərindəki qurultayında təhlükəsizlik tədbirləri də nəzərdən keçirilib və gücləndirilib.

Bildirilib ki, ABŞ Məxfi Xidməti gələcəkdə D.Trampa sui-qəsd cəhdinə bənzər hadisələrin qarşısını almaq üçün səlahiyyətlilərlə işləyir.

Poliqon.info