Zurabişvili Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət edəcək

Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu konstitusiya məhkəməsinə şikayət edəcək...

Gürcüstan prezidenti Salome Zurabişvili konstitusiya məhkəməsində “xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edəcək.

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” teleşirkəti məlumat yayıb.

Zurabişvili hesab edir ki, hakim partiyanın qəbul etdiyi qanun antimilli xarakter daşıyır və Gürcüstan Konstitusiyası ilə bir araya sığmır.

“Bu gün iddia məhkəməyə göndəriləcək və ümid edirəm ki, tezliklə məhkəmə iclası təyin olunacaq, bu işə və bu iddiaya tez bir zamanda baxılacaq, çünki vaxt çox vacibdir”, deyə prezidentin maraqlarını müdafiə edəcək vəkil Eka Beselia bildirib.

Vəkil qeyd edib ki, o, Konstitusiya Məhkəməsi mübahisəni həll edənə qədər qanunun fəaliyyətinin dayandırılmasını tələb edir.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu yekun, üçüncü oxunuşda qəbul edib. 84 deputat qanun lehinə, 30 deputat əleyhinə səs verib, daha 58 deputat bitərəf qalıb.

Zurabişvili sənədi “Rusiya qanunu” adlandırıb və ona veto qoyub, lakin parlament bu vetonu ləğv edib.

Poliqon.info