Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib
“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevin nəşi Ağdam rayonuna gətirilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun “Dördyol-2” qəsəbəsində ailəsinə təhvil verilib.
Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Məmməd Hüseyn oğlu Mirzəyev 1967-ci il noyabrın 5-də anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb.
M.Mirzəyev Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.
Poliqon.info