Orban Aİ liderlərinə Ukraynadakı münaqişənin həlli planını təklif edib

Macarıstanın baş naziri Viktor Orban Rusiya, Çin və ABŞ-a missiyasının ardından Avropa İttifaqı ölkələrinin liderlərinə Budapeştin Ukrayna böhranının həlli ilə bağlı təkliflərini göndərib...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi direktoru Balaj Orban “Magyar Nemzet” qəzetinə məlumat verib.

“Biz Orbanın planından danışırıq, bu plan indi bütün Aİ baş nazirlərinin masasındadır”, deyə Balaj Orban deyib.

Macarıstanın baş nazirinin siyasi direktoru qeyd edib ki, Budapeşt Ukraynadakı mövcud vəziyyətlə bağlı realistdir. O, əlavə edib ki, plan real sabitləşmə məqsədlərinə əsaslanır.

Balaj Orban onu da vurğulayıb ki, Avropa İttifaqı Şurasının sədri kimi, bu gün yalnız Budapeşt münaqişənin bütün tərəfləri ilə danışıqlar apara bilər.

Qeyd edək ki, Macarıstanın baş naziri iyulun 5-də Moskvaya səfər edib və orada Putinlə görüşüb. Siyasətçinin səfəri Kiyevə səfərindən sonra baş tutub və səfər zamanı Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparıb. Putinlə söhbətdən sonra Orban etiraf edib ki, Kiyev və Moskvanın mövqeləri indi bir-birindən çox uzaqdır. Buna baxmayaraq, Macarıstanın baş naziri sülhməramlı səyləri davam etdirəcəyinə söz verib.

Putinlə Görüşündən sonra Orban Çində Si Tsinpinlə, ABŞ-da isə Donald Trampla danışıb.

Poliqon.info