Politoloq: Trampa edilən sui-qəsd Kennediyə edilən sui-qəsd qədər müəmmalıdır...

Motivi bilinməyən bu sui-qəsd seçkilərin nəticəsini həll edibmi?..

Politoloq: “Belə deyirlər ki, başını tərpətməsi Trampı ölümdən qurtarıb. Amma mən düşünürəm ki, Trampa edilən sui-qəsd Kennediyə edilən sui-qəsd qədər müəmmalıdır”.

“Soyuqqanlı şəkildə düşünməsək bu sui-qəsddə ilk ağıla gələn Respublikaçıların rəqibi olan Demokratlar və onun əsas təmsilçisi Cozep Bayden görünə bilər”.

Bu sözləri politoloq Kənan Novruzov ABŞ prezidentinə olunan sui-qəsdi Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Donald Trampın reytinqi indiki Ağ Ev sahibi Cozef Baydenin reytinqini az da olsa üstələyirdi. Uğursuz sui-qəsddən bu fərq Trampın xeyrinə daha da arta bilərmi? Eyni zamanda qatilin son video müraciətində “Trampa və respublikaçılara nifrət edirəm” ifadəsi Tramp və onun seçki təbliğatı komandanının işinə nə qədər yarayacaq? Ümumiyyətlə, motivi bilinməyən bu sui-qəsd seçkilərin nəticəsini həll edibmi?

ABŞ-da gözlənilən prezident seçkilərini Poliqon-un əməkdaşı “Report”un əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Bayden yaşı və səhhəti ilə əlaqədar hər nə qədər qeyri-adekvat hərəkətlər etsə də, Trampa qarşı sui-qəsd təşkil etdirməz. Bunu Tramp da başa düşür”.

Sui-qəsdin Respublikaçıların təşkil etməsinin daha real olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu sui-qəsd məhz Trampın əlini gücləndirib. Sui-qəsdin nəticəsi isə bir qədər müəmmalı görünür:

“Trampa olunan sui-qəsdin konkret olaraq seçkilərin nəticəsini həll etdiyini deyə bilmərik. Amma piar elmində süni böhran yaratmaq və daha sonra böhranı fürsətə çevirmək var. Bu da seçki kompaniyasının birbaşa piarı ola bilər.

Bu məsələyə həm də elmi cəhətdən yanaşmalıyıq. Soyuqqanlı şəkildə düşünməsək bu sui-qəsddə ilk ağıla gələn Respublikaçıların rəqibi olan Demokratlar və onun əsas təmsilçisi Cozep Bayden görünür. Belə bir fikir yürütmək olar ki, onlar Trampın tərəfdarlarının daha çox olduğunu düşünürlər, buna görə də, sui-qəsdlə onları qorxutmaq və seçkidən uzaqlaşdırmaq istəyirdilər.

Əslində bu sui-qəsdin digər tərəfi də var. Bu da Baydenə qarşı həm daxildə, həm də xarici auditoriyada nifrət yaradıla bilməsidir. Bayden yaşı və səhhəti ilə əlaqədar hər nə qədər qeyri-adekvat hərəkətlər etsə də, Trampa qarşı sui-qəsd təşkil etdirməz. Bunu Tramp da başa düşür.

Mən düşünürəm ki, sui-qəsdin Respublikaçıların təşkil etməsi daha realdır. Çünki bu sui-qəsd məhz Trampın əlini gücləndirib. Sui-qəsdin nəticəsi isə bir qədər müəmmalı görünür. Güllə Trampın qulağını yalayıb və faktiki olaraq ABŞ-ın ən qalmaqallı keçmiş prezidenti və Respublikaçıların hazırkı prezidentliyə namizədi ölümdən böyük təsadüf nəticəsində qurtarıb.

Kənan Novruzov: “Hətta, sui-qəsddə Tramp ölsəydi belə, yenə Respublikaçıların əli güclənəcəkdi və onlar başqa namizədi irəli atacaqdırlar,  seçkini mütləq çoxluqla qazanacaqdılar”.

Belə deyirlər ki, başını tərpətməsi Trampı ölümdən qurtarıb. Amma mən düşünürəm ki, Trampa edilən sui-qəsd Kennediyə edilən sui-qəsd qədər müəmmalıdır.

Hətta, sui-qəsddə Tramp ölsəydi belə, yenə Respublikaçıların əli güclənəcəkdi və onlar başqa namizədi irəli atacaqdırlar, seçkini mütləq çoxluqla qazanacaqdılar.

Eyni zamanda mümkündür ki, sui-qəsdi törədən doğrudan tək adam olub və onun planından heç kim məlumatlı olmayıb. Bu tip sui-qəsdlər Amerika tarixində çox olub. Onlardan biri də Ronald Reyqana olunan sui-qəsddir. Reyqana atəş açan adam sadəcə sevdiyi qızın diqqətini cəlb etmək istəmişdi. Yəni hər cür ssenari özünü doğrulda bilər.

Qeyd edim ki, Tramp seçki prosesini davam etdirsə və sui-qəsddən istifadə etsə, şübhəsiz ki, bu Trampın şansını artıracaq. Həmçinin bu hadisə daha çox Baydeni gözdən salacaq”.

Nərminə UMUDLU Poliqon.info