Estoniyanın baş naziri Kaya Kallas istefa verib

Estoniyanın baş naziri Kaya Kallas və onun rəhbərlik etdiyi hökumət istefa verib...

Poliqon xəbər verir ki, bu barədə ERR radiosu məlumat yayıb.

Hökümət yeni kabinet işə başlayana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, xanım Kallasın istefası onun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə təyin olunması ilə bağlıdır.

Kallasın namizədliyi iyunun 28-də Brüsseldə keçirilən sammitdə təsdiqlənib.

Kallas 2021-ci ilin yanvarından Estoniyanın baş naziri vəzifəsini icra edir.

Poliqon.info