Bakıda dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanıb...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Araşdırma aparılır.

Pooiqon.info