Demokratlar Trampın qalib gəlmə şansını artırdığına inanırlar

Bəzi demokratlar hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd onun prezident seçkilərində qalib gəlmək şansını artırıb...

Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrinə istinadən məlumat yayıb.

“Prezidentlik yarışı dünən axşam başa çatdı”, deyə adı açıqlanmayan Demokrat Partiyasının müşaviri telekanala bildirib.

NBC-nin qeyd edir ki, bu sui-qəsddən sonra qərarsız seçicilər çox güman ki, “rəğbətlə” Trampa səs verəcəklər.

Telekanal həmçinin vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin debatdakı fəlakətli çıxışı ilə əlaqədar Demokratlar Partiyasındakı qarışıqlıq da nəzərə alınarsa, vəziyyət respublikaçıların xeyrinədir.

Poliqon.info