Tramp xilas olmasını Tanrının hədiyyəsi hesab edir...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı ölümdən xilas olmasını Tanrının bir hədiyyəsi olaraq görür...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbəyə istinadən məlumat yayıb.

Son 12 saat ərzində respublikaçı ilə danışan nəşrin mənbəsinin sözlərinə görə, Tramp həmişəkindən fərqli olaraq yüksək əhval-ruhiyyədədir.

“O, xilas olmasını Allahdan bir hədiyyə aldığına inanır. Tramp hələ də xilas olduğuna inana bilmir”, deyə mənbə bildirib.

Mənbə onu da qeyd edib ki, keçmiş amerikalı lideri iyulun 15-də Viskonsin ştatının Miloki şəhərində başlayacaq Respublikaçılar Partiyasının qurultayında öz həmfikirlərinin birlik nümayiş etdirməsini gözləyir.

Poliqon.info