NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

ABŞ-ın keçmiş prezidenti Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl polis əməkdaşı snayper görüb...

Poliqon xəbər verir ki, bu barədə The New York Post qəzeti yazır.

Qəzetin yazdığına görə, atəş açan şəxs zavod binasının damında olub və ilk olaraq onu mitinq iştirakçıları görərək polisə məlumat verib. Zabit pilləkənlərlə yuxarı qalxıb və Tomas Metyu Kruksla qarşılaşı. Kruks tüfəngi polis zabitinə doğruldub və polis geriyə çəkilib. Bir neçə dəqbiqə sonra Kruks Trampa və kütləyə atəş açıb, həm eks-prezidentin özünü, həm də bir neçə tamaşaçını yaralayıb, eyni zamanda bir mitinq iştirakçısını yaralayıb.

Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Poliqon.info