Şimali Koreya Rusiyaya alma göndərəcək

“Rosselxoznadzor”: Şimali Koreya Rusiya bazarına alma tədarük etməyə başlayacaq...

Şimali Koreya Rusiya bazarına alma tədarükünə başlamaq imkanları barədə razılığa gəliblər.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi “Rosselxoznadzor”un mətbuat xidmətinə istinadən məlumat yayıb.

Federal xidmət KXDR-in Rusiyaya tənzimlənən məhsulların tədarükündə maraqlı olduğunu bildirib.

Qeyd edilir ki, iyun ayında aparılan danışıqlarda tərəflər məhsulların, xüsusən də almanın tədarükü baxımından ticarət əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Poliqon.info