Trampa atəş açan şəxsin evində şübhəli cihaz tapılıb

Pensilvaniyada ABŞ-ın keçmiş prezidenti Donald Trampa hücumda şübhəli bilinən Tomas Metyu Kruksun evində FTB əməkdaşları şübhəli cihaz tapıblar...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.

“FTB bazar günü axşam yaydığı açıqlamada, Trampa atəş açan Tomas Metyu Kruksun evində ikinci “şübhəli cihaz”ın tapıldığını bildirib”, deyə məlumatda bildirilir.

Bundan əvvəl Metyu Krussun evində bomba hazırlamaq üçün inqrediyentlərin tapıldığı bildirilirdi. Bu barədə iki müstəntiq anonimlik şərti ilə WP-yə danışıb.

Bundan əlavə, atəş açan şəxsin avtomobilindən də bombalar tapılıb.

Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra prezidentliyə namizəd qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Poliqon.info