Trampa atəş açan şəxsin xarici ölkələrlə əlaqələndirən dəlil yoxdur

Donald Trampa atəş açan şəxsin terror təşkilatları və ya xarici ölkələrlə heç bir əlaqəsi aşkarlanmatıb. Lakin istintaq ipuçları üçün onun keçmişinə baxmağa davam edirlər...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb...

Hazırda cinayət məişət terroru kimi araşdırılır. Tapılan silah və partlayıcı maddələr laboratoriyaya göndərilib. Səlahiyyətlilər atəş açanın cinayət ortaqları ilə hərəkət etdiyinə dair heç bir sübut tapmayıb.

Mənbə qeyd edib ki, hüquq-mühafizə orqanları üçün birinci prioritet cinayətkarın motivlərinin müəyyən edilməsidir. Həmçinin psixi sağlamlıq problemləri ilə bağlı heç bir dəlil də tapılmayıb.

Qeyd edək ki, iyulun 13-də Pensilvaniyada Donald Trampın seçki kampaniyası zamanı atışma baş verib. 45-ci prezident qulağından yaralanıb. Bir nəfər ölüb, daha iki nəfər ağır yaralanıb. Hücum edən 20 yaşlı Tomas Metyu Kruksdur. O, Məxfi Xidmət tərəfindən öldürülüb.

Poliqon.info