Medvedev: Tramp öldürülməsə, artıq qalib gəlib...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanacağına əmin olduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə rusiyalı siyasətçi X sosial şəbəkəsindəki ingilisdilli səhifəsində yazıb.

“İndi Tramp artıq qalib gəlib. Onu öldürməsələr,” deyə Medvedev yazıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini öz postunu Trampın 2023-cü ilin avqustunda rəsmi həbs proseduru zamanı çəkilmiş şəkli ilə müşayiət edib.

Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı mitinq zamanı sui-qəsd cəhdindən sağ çıxıb. Ona 20 yaşlı Tomas Metyu Kruks tərəfindən atəş açılıb

Poliqon.info