Sakit Okeanda Rusiya-Çin hərbi təlimləri başlayıb

Çinin Çjançzyan limanında Rusiya-Çin “Dəniz əməkdaşlığı 2024” təliminin açılış mərasimi keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Rusiyanın “Qromkiy” və “Rezkiy” korvetləri, həmçinin Çinin “Yinçuan” esminesi, “Dali” və “Henqşui” freqatları və Çin Hərbi Dəniz Qüvvələrinin universal təchizat daşıyıcısı “Veyşanhu” gəmiləri təlimlərə başlayıb.

Qeyd edilir ki, təlimlər iyulun 17-dək davam edəcək. Təlimlər zamanı gəmilərin ekipajları “Çin Xalq Azadlıq Ordusunun dəniz anti-sualtı aviasiyasının iştirakı ilə birgə hava hücumundan müdafiə təlimləri, sualtı qayıqlara qarşı döyüş təlimləri keçirəcək.

Həmçinin dənizdə xilasetmə təlimlərinin keçirilməsi də planlaşdırılır.

Poliqon.info