CNN: Bayden və Trampın sui-qəsddən sonra söhbəti qısa, lakin hörmətli olub

ABŞ prezidenti Co Baydenlə Ağ Evin keçmiş sahibi Donald Tramp arasında sui-qəsd cəhdindən sonra söhbət qısa, lakin hörmətli olub...

APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 13-də axşam saatlarında baş tutan söhbət “yaxşı”, “qısa və hörmətli” olub. Bayden Trampı əmin edib ki, baş verənlərlə bağlı tam təhqiqat aparılacaq.

CNN-in vurğuladığı kimi, iki siyasətçi uzun müddətdən sonra ilk dəfə birbaşa danışıblar. Hətta teledebat zamanı Bayden və Tramp ünsiyyət qurmadılar. Poliqon.info