Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub...

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə nəticəsində Qax rayon sakini Eldəniz Allahverdi oğlu Paşayev və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərov xəsarət alıb.

Qeyd edək ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçen hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info