Tramp: "Ölkəmizdə bunun baş verə biləcəyi inanılmazdır”

ABŞ-ın keçmiş prezidenti Pensilvaniyada sui-qəsd cəhdi zamanı yaralandıqdan sonra açıqlama verib...

APA xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

"Bunun bizim ölkədə baş verməsi inanılmazdır, atəş edən haqqında heç bir məlumat yoxdur" o deyib.

Tramp sui-qəsd cəhdinə operativ reaksiya verdikləri üçün ABŞ Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Poliqon.info