Salyanda altı yaşlı uşaq yanıq xəsarətləri alıb

Salyanda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb...

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Məmmədəli Asim oğlu Əlizadə yaşadığı evdə valideyn nəzarətindən çıxaraq üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb.

Nəticədə, müxtəlif yanıq xəsarətləri alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info